Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sürücülər üçün “zəngli papaq”

07 Noyabr 2017
“Ford” şirkəti sürücülər üçün “zəngli papaq” yaradıb. Bu xüsusi papağa sürücü mürgüləyəndə və ya artıq yuxuya gedən zaman avtomatik işə düşən zəngli saat quraşdırılıb.

AZƏRTAC “spbdnevnik.ru” saytına istinadla xəbər verir ki, ixtiraçılar beyzbol papağına nəzarətçi, akselerometr, qiroskop və parlaq işıq diodu yerləşdiriblər. Sürücü yuxuya gedən kimi onun başı həmişəkindən daha çox aşağı enir. Bu zaman işə düşən ötürücülər məlumatı dərhal emal edərək səs siqnalı verir və parlaq fənər sürücünün üzünə işıq saçır.