Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

SOCAR təmsilçiləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

07 Noyabr 2017
SOCAR sənaye üsulu ilə 2 milyardıncı ton neftin hasil olunmasını qeyd edib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar noyabrın 7-də SOCAR-ın rəhbərliyi və çoxminli kollektivinin təmsilçiləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Azərbaycan neft-qaz sənayesinin tarixində əlamətdar hadisə, sənaye üsulu ilə 2 milyardıncı ton neftin hasil olunmasını qeyd edən neftçilər suveren dövlətimizin qurucusu və memarı, müstəqilliyimizin əbədiliyinin qarantına çevrilmiş, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış, ölkəmizin neft sənayesinin inkişafında müstəsna xidmətləri olmuş yeni enerji strategiyasının banisi ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq Ümummilli Liderin məzarı üzərinə tər çiçəklər düzüb, onun ruhuna dualar oxuyub, abidəsi önündə baş əyiblər.