Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

07 Noyabr 2017
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları noyabrın 1-nə 5 200,7 milyon ABŞ dolları təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 33,2 milyon dollar çoxdur.