Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Parlamentdə komitələrin birgə iclasında 2018-ci il dövlət büdcəsi müzakirəyə çıxarılıb

07 Noyabr 2017
‪ Noyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət və İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilir.

‪ AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, 2018-ci ilin büdcəsi miqyasına görə ən geniş müzakirə olunacaq məsələdir. Azərbaycanda iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.

Sonra maliyyə naziri Samir Şərifov qanun layihəsinin mahiyyətindən danışıb. Qeyd edib ki, müzakirə olunan bu layihə dünya və Azərbaycan iqtisadiyyatı əsasında hazırlanıb.

Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndirirlər.