Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəhriyar Məmmədyarov: Ardıcıl 5 qələbədən sonra nəyə qadir olduğumuzu bir daha nümayiş etdirdik

07 Noyabr 2017
Şahmat üzrə Avropa komanda çempionatı Olimpiadadan daha da çətindir. Çünki burda güclü kollektivlər tez-tez bir-biriləri ilə qarşılaşırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri kişi şahmatçılardan ibarət millimizin heyətində Yunanıstanda Avropa komanda çempionatının qalibi olan Şəhriyar Məmmədyarov Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya müsahibəsində deyib.

Avropa çempionu vurğulayıb ki, bütün iddialı rəqiblərlə qarşılaşmalarda əzmkarlıq nümayiş etdirərək qalib gəldik. Qısa zaman ərzində üçüncü dəfə baş mükafata yiyələndik. Bu, inanılmaz nəticədir.

“İlk oyunda İtaliyaya uduzandan, üçüncü partiyada ispanlarla heç-heçə edəndən sonra hamı elə bilirdi ki, Azərbaycan mübarizədən kənarlaşıb. Amma ardıcıl 5 qələbədən sonra nəyə qadir olduğumuzu bir daha nümayiş etdirdik”, - deyə şahmatçı əlavə edib.