Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanlı alim beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir

06 Noyabr 2017

Moskva şəhərində «Rusiya Federasiyasının Silahlı Güvvələrinin Mərkəzi Muzeyi”ndə Stalinqrad döyüşünün 75 illiyinə həsr edilmiş “1942-1943-cü illərdə Stalinqrad döyüşü. 75 ildən sonra baxış” beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda ta¬rix üz¬rə fəl¬sə¬fə dok¬to¬ru, bay¬raq-şü¬nas¬lıq və he¬ral¬di¬ka üz¬rə mü¬tə¬xəs¬sis Pərvin Gözəlov “Stalinqrad döyüşündə Azərbaycan SSR-nin rolu və əhəmiyyəti” adlı məruzə ilə çıxış edib. Pərvin Gözəlov əvvəlcə Azərbaycan SSR KP MK-nin birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə Sambek qəsəbəsində qəhrəmanlıq göstərmiş xilaskar-döyüşçilərin xatirəsinə həsr edilmiş “Şöhrət” abidəsinin 1980-ci il 7 may tarixində açılışının və Heydər Əliyevin çıxışının video görüntüsünü, o cümlədən ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin II-ci Dünya Muharibəsinin veteranlarına böyük qayğı köstərdiklərini konfrans içtirakçılarının diqqətinə təqdim edib.

 

İkinci Dünya müharibəsində Stalinqrad döyüşünün faşist almaniyasının planlarını alt-üst edən həlledici mərhələlərindən biri olduğunu vurğulayan P.Gözəlov qeyd etmişdir ki, Bakı nefti Rusiyanın muxtəlif bölgələrinə Volqa çayı vasitəsilə catdırılırdı. Bu arteriyanın faşistlər tərəfindən ələ keçirtmək planlarının qarşısının alınmasında 35-ci tank briqadasının komandanı, qeneral-mayor, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun iştirakını və əvəzolunmaz qəhramanlığını geniş şərh edən P.Gözəlov Azərbaycan Milli diviziyalarının (416-cı, 402-ci, 396-cı, 223-cü və 77-ci) yaranması, azad edilmiş şəhərlər uğrunda böyük igidlikləri barədə geniş və ətraflı məlumat verdi. Şimalı Qafqazın ön xəttinin komandanlığı 26 avqust 1941-ci ildə 402-ci Azərbaycan milli diviziyasının yaranması üçün direktiv imzalamışdır. 402-ci Azərbaycan milli diviziyasının formalaşması Dağlıq Qarabağın mərkəzi vilayəti Xankəndi şəhərində başlamışdır. Şəxsi heyətə 1 295-zabit, 1 088-kiçik komandir, sıravi heyətə - 8 104 əsgər daxil idi. Beləliklə, diviziyanın tərkibində 9 400 döyüşçi və komandir daxil idi. 402-ci milli diviziyanın doxsan faizi (90%-i) Azərbaycan döyüşçilərindən ibarət olmuşdur. .