Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çirklənməyən köynək

06 Noyabr 2017
Amsterdam şəhərindəki fabriklərdən birində ofis əməkdaşları üçün çirklənməyən köynək istehsal edilir.

AZƏRTAC billionnews.ru saytına istinadla xəbər verir ki, “Labfresh” adlanan köynəyin üzərinə düşən maye və ən çətin təmizlənən ləkələr daxilə hopmadığına görə onları salfet və ya dəsmalla asanlıqla silib təmizləmək mümkündür.

Maraqlıdır ki, tər izləri və xırda qırışlar da köynək üçün ciddi problem yaratmır. İstehsalçıların sözlərinə görə, onu hər gün ütüləməyə ehtiyac yoxdur.