Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Dövlət Universiteti Moskva Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığa dair müqavilə imzalayıb

06 Noyabr 2017
Bakı Dövlət Universitetinin (BDU) tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva Moskva Dövlət Pedaqoji Universitetinin (MDPU) 145 illik yubiley tədbirlərində iştirak edib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, yubiley tədbirləri çərçivəsində İ.Əliyeva MDPU-nun rektoru, professor Aleksey Lubkov ilə görüşüb. Görüşdə Bakı Dövlət Universiteti ilə Moskva Dövlət Pedaqoji Universiteti arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Mərasimdə BDU-da təhsil və elm sahəsindəki yeniliklərdən danışan İ.Əliyeva, eyni zamanda, gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflərlə çıxış edib.