Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

"Neftçi"nin 4 oyunluq qələbə seriyasına son qoyulub

05 Noyabr 2017
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, son oyunda "Zirə" və "Neftçi" komandaları üz-üzə gəlib.

Zirə İdman Kompleksinin stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 30-cu dəqiqədə Riçard Qadze vurub.

Hazırda 13 xala malik "Neftçi" 5-ci pillədə qərarlaşıb.