Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

"Qarabağ" "Kəpəz"i məğlub edərək yenidən vahid liderə çevrilib

05 Noyabr 2017
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, lider "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olub.

Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 41-ci dəqiqədə Elvin Yunuszadə, 43-cü dəqiqədə isə Miçel vurub. Bu qələbə ilə "Qarabağ" xallarını 25-ə çatdırıb və yenidən vahid liderə çevrilib. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda hələ bir oyunu da var.