Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmə və əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

05 Noyabr 2017
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmə və əməkdaşlıq haqqında 2017-ci il sentyabrın 15-də Vyentyan şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 noyabr 2017-ci il