Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Köçkünlərin müayinə və müalicəsi asanlaşacaq

05 Noyabr 2017
 

24 ildir ki, doğma yurdumuzdan didərgin düşmüşük. Var olsun dövlətimizi, bizə hər cür qayğı göstərib,  eləcə də mənzil-məişət şəraitimizi yaxşılaşdırıb. İndi geniş və rahat  mənzillərdə yaşayırıq. Yurd həsrətindən başqa  heç bir problemimiz qalmayıb.

Məcburi köçkün həyatı yaşayan hər bir kəlbəcərli mütəmadi olaraq tibbi  müayinədən keçirilir, müalicə üçün zəruri pulsuz dərmanlarla təmin edilir. Gəncədə fəaliyyət göstərən Kəlbəcər rayon xəstəxanasının maddi-texniki bazasının möhkəmləndirilməsi də  həmişə diqqət mərkəzində olub. Lakin xəstəxanada bəzi şöbələrin olmaması müəyyən problemlər yaradırdı. Bu günlərdə bu da aradan qaldırıldı: səhiyyə ocağında daha iki - cərrahiyyə və mama-ginekologiya şöbələri  istifadəyə verildi.  Hər iki şöbə üçün yeni bina inşa edilib və müasir tibb avadanlıqları ilə təmin olunub. Daha kəlbəcərlilər  cərrahiyyə əməliyyatları və ginekoloji müayinələr üçün başqa xəstəxanalara, rayon və ya şəhərlərə  getmək məcburiyyətində qalmayacaqlar. Artıq hər iki şöbə üzrə tibbi xidmət  təcrübəli həkimlər tərəfindən həyata keçirilir. Göstərilən diqqətə və yaradılan şəraitə görə  kəlbəcərlilər  ölkə başçısına  minnətdardırlar.

 

Bəşir BƏŞİROV,

Gəncədə məskunlaşmış Kəlbəcər sakini