Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yollarımız yenidən qurulur

05 Noyabr 2017
 

Dövlət başçısının diqqət və qayğısı ilə bütün sahələrdə, o cümlədən yol infrastrukturunda aparılan yenidənqurma işləri iqtisadi inkişafa təkan verməklə yanaşı, insanların rahatlığını da təmin edir.

Hər yerdə olduğu kimi, yaşadığım Ağstafa rayonunda da yollar demək olar ki, yenidən çəkilir. Prezident İlham Əliyevin sərəncamı ilə hazırda rayonumuzda bir neçə istiqamətdə yol inşaatı davam edir. Vurğun-Köhnəqışlaq və Poylu-Zəlimxan-Aşağı Kəsəmən avtomobil yollarında aparılan yenidənqurma işləri sürətlə gedir. Ağstafa-Köçəsgər yolunda isə son tamamlama işləri görülür.  Bu yaxınlarda Soyuqbulaq-Qarayazı avtomobil yolunun da yenidən qurulmasına başlanılmışdır. Rayonun əsas yolları ilə yanaşı kəndlərə gedən bəzi yollarda da əsaslı təmir işləri aparılır.

Yol  iqtisadiyyatın inkişafında müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda, rayonumuzda yolların abadlaşdırılması son nəticədə insanların sosial rifahının yüksəlməsinə də təsir göstərəcək. Bu da, əlbəttə, bizi məmnun etməyə bilməz.

 

İlqar RƏHİMOV,

Ağstafa rayon sakini