Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hər uğurlu teatr tamaşası mədəniyyət hadisəsidir

05 Noyabr 2017
 

Qusar Dövlət  Dram Teatrı 1992-ci ildən fəaliyyət göstərir. 63 nəfərlik kollektivdə  respublikanın 2 əməkdar  mədəniyyət işçisi çalışır. Tamaşalarda gənc aktyorlara rollar verilir.  Bu da onların püxtələşməsində xüsusi rol oynayır.

Teatrımızın repertuarı genişdir. M.F.Axundzadənin “Hacı Qara”, Ü.Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun” tamaşalarına  əhalinin marağı böyükdür.  N.Vəzirov, Ə.Haqverdiyev, İ.Coşqun, S.Rəhman və digərlərinin əsərləri də vaxtaşırı teatrımızın səhnəsində  oynanılır. Repertuarımızda uşaqları da yaddan çıxarmamışıq. İndi gürcü yazıçısı Sadorellinin “Xatuna” tamaşası hazırlanır.

Kollektimizdə bacarıqlı aktyorlar çoxdur. Yeganə Gülməmmədova, Bağır Əhmədov, Diana Cəfərova, Nurlana Atlıxanova, Elvin Ramazanov və başqaları müxtəlif rolları bacarıqla oynayırlar. Teatrımızda  Azərbaycan  dili ilə yanaşı,  ləzgi dillində də tamaşalar göstərilir.

Bu mövsüm də rayon  sakinləri istirahət günlərində, asudə vaxtlarında  teatra gəlirlər. Zəhmətimizin  ən böyük makafatı da  onların alqışlarıdır.  Ümid edirik ki,  bu alqış  sədaları  hələ çox eşidiləcək.  Qusarlıları, eləcə də rayonumuzun qonaqlarını mədəni istirahət çərçivəsində  teatrımıza dəvət edirik.  Valideynlərə də məsləhət  görürük  ki, övladlarını tamaşalara  tez-tez gətirsinlər. Bu onların  tərbiyəsinə müstəsna təsir göstərəcəkdir: hər uğurlu teatr tamaşası mədəniyyət  hadisəsidir və unudulmaz  təəssüratlarla zəngin olur.

 

Faiq QARDAŞOV,

Qusar Dövlət Dram Teatrının direktoru