Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kəndimizdəki xəstəxana əsaslı təmirdən sonra istifadəyə verildi

05 Noyabr 2017
 

İqtisadiyyatımız inkişaf etdikcə əhalinin sosial şəraiti də yaxşılaşır. İndi kənd və qəsəbələrimizi tanımaq olmur. Rayon mərkəzləri  inkişaf etmiş şəhərlərdən geri qalmır. Hər il istifadəyə verilən yeni park və xiyabanlar, əyləncə mərkəzləri insanların rahatlığını təmin etməklə yanaşı, həm də inkişafımızın göstəricisi kimi zövq oxşayır. Yeni məktəb binalarının, eləcə də səhiyyə ocaqlarının istifadəyə verilməsi isə bu sahədə əvvəllər mövcud olan problemləri, demək olar ki, tamamilə aradan qaldırmışdır.

Hörmətli redaksiya! Bir neçə gündür ki, yaşadığım Şəmkir rayonunun Çənlibel kəndindəki xəstəxana əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Əvvəllər tibbi xidmətə ehtiyacı olan xəstələr rayon mərkəzinə getməli olurdular. Xəstəxana istifadəyə verildikdən sonra artıq buna ehtiyac qalmamışdır. Kəndimiz də daxil olmaqla, ümumilikdə 7 yaşayış məntəqəsinin - Sabirkənd, Atabəy, Ələsgərli, Qaracəmirli, Qapanlı və Könüllü kəndlərinin də əhalisinə xidmət göstərəcək 15 çarpayılıq xəstəxanada bütün şərait yaradılmışdır. 27 nəfər tibb işçisinin çalışdığı tibb ocağında terapiya, stomatologiya, ginekologiya, təcili tibbi yardım şöbələri fəaliyyət göstərir.

Bizə bu şəraiti yaradan dövlət başçısına kənd sakinləri adından dərin minnətdarlığımızı  bildiririk.

 

Orxan SADIQOV,

Şəmkir rayonu Çənlibel kəndinin sakini