Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Uşu-sandaçılarımız İtaliyada keçirilən dünya çempionatında 3 qızıl və 1 gümüş medal qazanıblar

02 Noyabr 2017
İtaliyanın Karrara şəhərində keçirilən uşu-sanda üzrə dünya çempionatında Azərbaycan idmançıları 3 qızıl və 1 gümüş medal qazanıblar.

Azərbaycan Uşu-Sanda Federasiyasından AZƏRTAC-a bildirilib ki, beş gün davam edən yarışda dünyanın 60-dan çox ölkəsini təmsil edən idmançılar mübarizə aparıblar. Azərbaycanın uşu-sandaçıları gərgin idman mübarizəsi şəraitində keçən çempionatda inamlı mübarizə apararaq uğurlu nəticələr əldə ediblər.

Ağır çəki dərəcəsində döyüşən Fuad Qasımov və Yuri Kim bütün rəqiblərini məğlub edərək dünya çempionu tutulunu qazanıblar. Medal hesabımızı artıran növbəti idmançı Rüstəm Həsənov olub. O, final döyüşündə məğlub olaraq gümüş medala layiq görülüb.

Çempionatda veteranlar arasında da döyüşlər keçirilib. Uşu-sanda üzrə milli komandamızın məşqçisi, boks üzrə Əməkdar Məşqçi Zaur Məmmədov bütün rəqibləri üzərində qələbə qazanaraq dünya çempionu adına layiq görülüb.

Beləliklə, Azərbaycan milli komandası uşu-sanda üzrə dünya çempionatını 3 qızıl və 1 gümüş medalla başa vurub.