Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Süni intellekt intihar hadisələrinin qarşısını almağa kömək edəcək

01 Noyabr 2017
Süni intellektin köməyi ilə beyinin vizuallaşdırılması və məlumatların emalı bir çox intihar hadisələrinin qarşısını almağa imkan verəcək.

Hər il 800 minə yaxın insan öz həyatına son qoyur və bu, əksər hallarda intihar edənlərin doğmaları və tanışları üçün gözlənilməz olur. Tədqiqatçılar insanın intihara hazırlığı haqqında onun beyninin “danışa” biləcəyini güman ediblər. Tədqiqata 34 könüllü cəlb olunub. İştirakçıların beyni maqnit-rezonans tomoqrafiyanın köməyi ilə skan edilən zaman onlara intiharla bağlı 10 söz, (“cansızlıq”, “ümidsizlik” və s.) müsbət mənalı 10 söz (məsələn, “qayğısızlıq”) və mənfi mənalı 10 söz (“problemlər” və s.) təqdim edilib.

AZƏRTAC gazeta.ru saytına istinadla xəbər verir ki, “ölüm”, “qəddarlıq”, “problem”, “qayğısızlıq”, “yaxşı” və “tərif” sözlərində potensial intihar edənlərin beyninin reaksiyası digər qrupun reaksiyasından fərqlənib. Maşın təlimindən istifadə edən alqoritm bu məlumatlara əsaslanaraq intihar edənləri 91 faiz dəqiqliklə müəyyənləşdirib.

Alimlərin fikrincə, daha çox könüllünün tədqiqata cəlb edilməsi bu üsulun dəqiqliyini daha yaxşı qiymətləndirməyə imkan verəcək.