Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

01 Noyabr 2017
Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Sonra AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə “Türk incəsənətinin dövrləşdirilməsi problemi” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, dövrləşmə türk dünyası sənət tarixinin yaradılması yolunda əsas problemlərdən biridir və öyrənilən mədəniyyət haqqında obyektiv məlumat almağa imkan verən xronoloji sistemdir.

İclasda “Elmin kommersiyalaşdırılması və bilik əsaslı iqtisadiyyatın inkişafında özəl sektorun rolu” mövzusunda Biznes Forumun keçirilməsi, Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni nəşrinin hazırlanması və digər məsələlər müzakirə edilib.

Daha sonra bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb.