Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Windows 10” sistemi üçün ən etibarlı antivirus proqramları müəyyənləşdirilib

31 Oktyabr 2017
Ekspertlər "Windows 10" əməliyyat sistemi üçün ən yaxşı antivirus proqramlarını açıqlayıblar.

AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, hazırda "Windows" üçün ən populyar antivirus "Kaspersky Total Security 2017" proqramıdır. Antivirus bütün növ istifadəçilər, o cümlədən özəl və kiçik biznes üçün uyğun olan geniş alətlər dəstinə malikdir. Bundan başqa, çox vaxt pulsuz proqramlarla birlikdə əlavə kimi quraşdırılmaqla iş rejimi məhdud "McAfee Total Protection 2017" antivirusu etibarlı hesab olunur. "ESET Internet Security 10" antivirusunun tərtibatçısı zəmanət verir ki, "McAfee Total Protection 2017" şəbəkəni skan edərək bütün aktiv qurğuları göstərən diaqram yarada bilir. "Bitdefender Total Security 2017" həlli qurğuları troyan, rutkit, virus, reklam proqram təminatı və spamdan mühafizə edəcək. Casus proqramlar, virus və spamdan mühafizə üçün universal həll "Avast Internet Security" antivirusu hesab olunur.