Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Futbol üzrə Avstriya millisinin baş məşqçisi müəyyənləşib

31 Oktyabr 2017
Avstriya Futbol İttifaqı “Şturm” klubunun baş məşqçisi Franko Foda ilə müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, Avstriya yığmasına baş məşqçi təyin olunan Foda vəzifəsinin icrasına 2018-ci il yanvarın 1-dən başlayacaq. Ancaq Uruqvay millisinə qarşı noyabrın 14-də Vyanada keçiriləcək yoldaşlıq oyununa da komandanı Foda çıxaracaq.

Almaniyalı mütəxəssis ilə müqavilə 2019-cu il dekabrın 31-dək imzalanıb. Əgər Avstriya millisi “Avro-2020”yə vəsiqə qazanarsa, tərəflər arasında müqavilə yenilənəcək.

Əlli bir yaşlı baş məşqçi bu postda isveçrəli Marsel Kolleri əvəzləyib.