Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin iştirakçıları üçün ziyafət verilib

30 Oktyabr 2017
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ziyafətdə iştirak ediblər

 

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin iştirakçıları üçün ziyafət verilib.

AZƏRTAC xəbər verir ki, ziyafətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər iştirak ediblər.