Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Moskvada keçirilən beynəlxalq konfranda Qarabağ xanlığına həsr edilmiş mərüzə dinlənilib

30 Oktyabr 2017


Rusiya Federasiyasının Moskva şəhərində «Moskva Kremlinin Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğu”nda 2017-ci il 24-27 oktyabr tarixlərində keçirilən «Muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan tarixi silahlar” adlı beynəlxalq elmi-praktiki konfransda tarix üzrə fəlsəfə doktoru, bay­raq­şü­nas­lıq və he­ral­di­ka üz­rə mü­tə­xəs­sis Pərvin Gözəlov «İmperator I Aleksandr tərəfindən Mehdiqulu xana təqdim edilmiş fəxri bayraq və daş-qaşlarla bəzədilmiş qılınc” adlı məruzə ilə çıxış edib. Məruzədə Pərvin Gözəlov tarixi mənbələr əsasında, Qarabağ xanlığının XVIII-XIX əsrin əvvələrində Rusiya, Osmanlı İmperiyaları və Qacarlar Dövləti ilə bərabər hüquqlar əsasında ikitərəfli məktublaşlamarı və muraciətləri Qarabağ xanlığının müstəqil beynəlxalq munasibətlər subyekti kimi qəbul olunmasını subut etdiyini bildirib. Qarabağ xanı İbrahimxəlil xanın birbaşa olaraq Rusiya imperatriçası II Yekaterina və Osmanlı Sultanı III Səlim ilə olan məktublarını, bundan başqa İngiltərə konsulu Harford Consun, rusiya generalı Pavel Sisianovun Azərbaycan xanlarına ünvanladıqları məktubları P.Gözəlovun məruzəsində numünə kimi qeyd edilib.

Kürəkçay müqaviləsi 1805-ci il 14 və 21 may tarixlərində Qarabağ xanlığı və Rusiya İmperiyası arasında imzalanıb. Muqaviləni Qarabağ xanlığı tərəfindən İbrahimxəlil xan Rusiya İmperiyası tərəfindən isə general Pavel Sisianovun imzalaması, bərabərhüqüqlu müqavilə olmasını göstərir. Konfransda P.Gözəlov xüsusi vurğulayıb ki, Qarabağ xanlığında yaşayan ermənilər (məliklər) Azərbaycan xanlarının vassalları olublar və Azərbaycan xanlarına qonşu dövlət başçılarından və yüksək rütbəli şəxslər tərəfindən ünvanlanan bütün rəsmi müraciətlərdə və imzalanan müqavilələrdə Qarabağ xanlığına tarixən rəhbərlik edən köklü Azərbaycan xanlarının imzaları və adları qeyd olunub.

Xanlıq Rusiya imperiyasının tərkibinə keçdikdən sonra, 10 sentyabr 1806-cı ildə İmperator I Aleksandr xüsusi fərmanla Qarabağ xanlığında İbrahimxəlil xanın oğlu Mehdiqulu xanın rəhbər kimi Qarabağ xanlığında hakimiyyətini təsdiqləyib. Mehdiqulu xana fəxri bayraq və qiymətli daş-qaşlarla bəzədilmiş qılınc verilib (Fəxri bayraq Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında saxlanılır). Yazılı mənbələrə əsasən fəxri bayraq və qılınc 1807-ci ildə göndərilib. 1838-ci il 30 oktyabr tarixində İmperator I Nikolay tərəfindən Mehdiqulu xanın Qarabağ xanlığında xan haimiyyəri təsdiq edilib. Bu məqamlar konfransda Pərvin Gözəlov tərəfindən ətraflı və geniş işıqlandırılıb.

.