Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Meyvə yumağın ən yaxşı üsulu

27 Oktyabr 2017
ABŞ alimləri meyvə yumağın ən yaxşı üsulunu müəyyən ediblər. Onların apardıqları tədqiqatın nəticələri Agricultural and Food Chemistry jurnalında dərc olunub və bu barədə AZƏRTAC Lenta.ru saytına istinadən xəbər verir.

Amerika Kimya Cəmiyyətinin apardığı ardıcıl sınaqlar nəticəsində aşkar edilib ki, meyvələrin üzərində olan tiabendazol və fosmet maddələri birfaizli qida sodası məhlulu ilə daha yaxşı təmizlənir. Almanin 12 dəqiqə yuyulması 80 faiz tiabendazoldan, 15 dəqiqə yuyulması isə 96 faiz fosmetdən təmizləyir.

Almanın parça ilə silinməsi onun üzərindəki toz və çirkin çox hissəsini təmizləsə də, mütəxəssislərin qənaətincə, bu yolla meyvə kimyəvi birləşmələrdən heç də tam təmizləmək mümkün olmur. Meyvənin axar su altında yuyulması onu kimyəvi birləşmələrdən o qədərdə yaxşı təmizləmir.