Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Elçin Babayev: Günəşin səthində ləkələr müşahidə olunur

25 Oktyabr 2017
Bir neçə gün əvvələdək günəşin səthində ləkələr müşahidə olunmayıb. Artıq bu ləkələr yaranmağa başlayıb və onların sayı hazırda 23-ə bərabərdir. Bəzi hallarda Günəş ləkələrinin yaxınlığında alışma və bundan sonra plazma kütləsinin atılması halları qeydə alınır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini Elçin Babayev oktyabrın 25-də keçirdiyi mətbuat konfransında məlumat verib.

E.Babayev deyib: “Günəşlə yer arasındakı məsafə 150 milyon kilometrə yaxındır. Plazma kütlələrinin yerə çatması üçün vaxt lazımdır. Normal halda bu, üç günə, ən yüksək sürətdə isə 17-19 saata yerə gəlib çata bilər. Bu vaxtın kifayət qədər böyük olması imkan verir ki, texnoloji və bioloji sistemlər üçün qabaqlayıcı tədbirlər görülsün”.