Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Unikal tibbi skaner ixtira edilib

24 Oktyabr 2017
Rusiyalı alimlər real vaxt rejimində dərinin üst qatlarında qanın mikrosirkulyasiyası prosesini vizuallaşdırmaq üçün “LaserMicroVision” cihazını hazırlayıblar. Buna bənzər avadanlıq yalnız İsveçrədə var. Lakin onun böyük ölçüləri istifadə imkanlarını məhdudlaşdırır.

AZƏRTAC news.rambler.ru saytına istinadla xəbər verir ki, yeni qurğu patologiyaların səbəblərini aşkarlayır və zədələnmə zonalarını müəyyən edir. Lazer şüası dərinin iki millimetrə qədər dərinliyinə nüfuz edərək eritrositlərin hərəkət sürətini kontaktsız üsulla hesablamağa imkan verir. Lazer şüasının dəriyə belə təsiri zərərsizdir və xəstə onu hiss etmir.

“Qurğunu bir ildən çoxdur ki, hazırlamışıq. İndi işin tamamlanması və konkret kliniki vəziyyətlər üçün ixtisaslaşdırılmış proqram təminatının yazılması ilə məşğuluq”, – deyə layihənin eksperti Andrey Fomin bildirib.

İstehsalçıların sözlərinə görə, cihazdan tibbin xüsusi tədqiqatların keçirilməsini tələb edən istənilən sahəsində (onkologiya, dermatologiya, travmatologiya, plastik və rekonstruktiv cərrahiyyə) istifadə etmək olar