Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Şəhəri üzrə Təhsil İdarəsi işə qəbul üzrə müsabiqə elan edib

24 Oktyabr 2017
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqə elan edir.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə pedaqoji və ya idarəetmə üzrə ali təhsilli, beş il pedaqoji iş təcrübəsi olan (elmi dərəcəsi olduqda üç il), təhsilin təşkili və idarəolunması üzrə yerli və beynəlxalq sertifikatları, eləcə də mentoluq sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Müvafiq tələblərə uyğun gələn namizədlər ərizə formasını doldurub oktyabrın 28-dək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Qeyd edək ki, BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədlərinə xidmət edir.

Təlimə Dəstək Mərkəzi BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verir və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodik kömək göstərir.

Mərkəzdə inzibati idarəetmə, təlimin təşkili və idarəetmə, tədrisin idarəolunması, təhsilalanlarla işin təşkili və idarə olunması, fənn kurikulumlarının tətbiqi bölmələri fəaliyyət göstərir.