Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xarici turistlər Azərbaycana ciddi maraq göstərir

24 Oktyabr 2017
Cari ilin altı ayında yerli səyahət agentliklərinə müraciət edərək müvafiq yollayışla Azərbaycanda səyahət edən ölkə vətəndaşlarının sayı 37,0 faiz, ölkəmizə səyahətə gələn xarici ölkə vətəndaşlarının sayı isə 66,7 faiz artıb. Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında isə 5,7 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, səyahət agentlikləri və turoperatorlar tərəfindən 15,0 min ədəd turizm yollayışı satılıb. Bunların da 1,1 minini Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına, 13,9 minini isə ölkə vətəndaşlarına satılmış yollayışlar təşkil edir. Azərbaycan vətəndaşları tərəfindən alınmış yollayışların 11,8 mini (84,9 faizi) xarici ölkələrə, 2,1 mini (15,1 faizi) ölkə daxilində səyahət etmək üçün nəzərdə tutulub.

Əhaliyə satılmış turizm yollayışlarının ümumi dəyəri 15,9 milyon manat olub.