Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəkərli diabet xəstələri üçün insulin əvəzi

24 Oktyabr 2017
Saflordan Misirdə XVI əsrdə mumiyaları bürümək üçün parçaların rənglənməsində istifadə edilib. Onun rəngləyici keyfiyyətindən müasir sənayedə də imtina edilməyib. Saflor çiçəklərindən alınan sarı, qırmızı və zəfəran rəngli boya maddəsi yeyinti sənayesi və parça istehsalında rəngləyici, toxumlarından alınan yağ isə sabun istehsalında və sənayedə marqarin kimi tətbiq edilir.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə onun əkini geniş şəkildə həyata keçirilməsə də, bəzi fermerlər onu öz həyətyanı sahələrində becərir. Saflor zəfərana çox oxşadığı üçün onu baha qiymətə satırlar.

Kanada alimləri saflordan gen mühəndisliyi yolu ilə təbii bitki insulini alaraq şəkərli diabetdən əziyyət çəkənlər üçün daha ucuz insulin əldə ediblər. Bitkiyə yeridilən proinsulin geni orqanizmdə fermentlərin təsiri ilə insulinə bənzər təsir göstərən maddəyə çevrilir. Saflor koronar damarlara spazmolitik təsir göstərərək ürəyin qidalanmasını yaxşılaşdırır, qanın laxtalanma müddətini uzadır, damar divarını möhkəmləndirərək qan dövranını yaxşılaşdırır. Bitki çiçəklərinin spirtli cövhəri ürək-qan damar sistemi xəstəlikləri, ürəyin işemik xəstəlyində yaranan ağrı tutmalarını aradan qaldırmaq xüsusiyyətinə malikdir və keçirilmiş insulin xəstəliyindən sonra beyin zədələnməsinin qarşısını alır.

Saflor yağı bütün bədən tiplərində asanlıqla sorulduğuna görə kosmetologiyada krem, maz və şampun istehsalında istifadə edilir.