Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Lahıclılar dövlətimizdən həmişə razıdırlar

22 Oktyabr 2017
 

Böyük Yaradana şükür edərək  Azərbaycanın firavan zamanında layiqli bir ömür yaşayıram. 89 yaşım var. 60 ildən çox pedaqoji fəaliyyət göstərmişəm. Müəllim olduğumla həmişə fəxr etmişəm. 

Lahıcda məktəb tikintisi, qəsəbənin təbii qazla təmin edilməsi  və Dəmirçi-Lahıc yolunun çəkilməsi barədə Prezident sərəncamları əhali tərəfindən böyük sevinc hissi ilə qarşılanıb.  Lahıcın hərtərəfli inkişafı üçün eyni vaxtda 3 sərəncamın verilməsi əlamətdar tarixi hadisədir. Xalqa dövlət qayğısının bariz nümunəsidir. Bu sərəncamların icrasından sonra qəsəbə sakinləri məişət rahatlığı tapacaq, Lahıc və onun ətrafındakı kəndlər yeni sosial-iqtisadi inkişaf dövrünü yaşayacaq, gənc həmkarlarım daha müasir məktəbdə çalışacaq, şagirdlərimiz biliklərə daha münasib şəraitdə yiyələnəcəklər. Belə olan halda  yurd yerlərini tərk edənlər də azalacaq, insanlar doğma torpağa daha möhkəm tellərlə bağlanacaqlar. Bu sərəncamlara görə hörmətli Prezidentə bütün Lahıc əhalisi, o cümlədən ağsaqqalları, ziyalıları adından təşəkkürümüzü bildiririk.

 

Əbülfəz HƏŞİMOV,

Lahıc qəsəbə sakini