Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Köhnə binalara yeni həyat verilir

22 Oktyabr 2017
 

Respublikamızın digər bölgələri kimi, Goranboy rayonu da öz simasını gündən-günə dəyişir. İndi geniş küçələr, abad məhəllələr, park və xiyabanlar göz oxşamaqla yanaşı, sakinlərin rahatlığını da təmin edir.

Həyata keçirilən abadlıq və quruculuq işləri rayona gələn qonaqların da marağına səbəb olur. Belə ki, rayon mərkəzinə çıxarkən nəinki yerli, eyni zamanda çox sayda xarici turistlərlə də qarşılaşırıq.

Bu yaxınlarda Goranboy şəhərində olan çoxmərtəbəli binaların əsaslı şəkildə təmirinə başlanılmışdır. Ölkə rəhbərinin ayırdığı vəsait hesabına hələlik 12 binada təmir işləri aparılır. Qısa vaxt ərzində binaların dam örtüyü dəyişdirilib, 9 binanın giriş hissəsi yenidən qurulub. Binalarda sökülüb-tökülmüş üzlüklər yenilənib, yağış sularının axıdılması sistemi quraşdırlıb. Həyətlərdə uşaqların oynaması və böyüklərin dincəlməsi üçün şərait yaradılıb. Hazırda abadlıq işləri sürətlə davam etdirilir. Bütün bunlara görə dövlət başçımıza minnətdarlığımızı bildiririk.

 

Loğman ƏSƏDOV,

Goranboy şəhər sakini