Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

19 Oktyabr 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Stepan Kubiv Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş etdi.