Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Sankt-Peterburq şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyəti” Şəhər İctimai Təşkilatının sədri Vaqif Məmişovdan

18 Oktyabr 2017
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Milli bayram – Dövlət Müstəqilliyi Günü münasibətilə Sankt-Peterburqda yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan təbriklərimi qəbul edin.

Azərbaycan fəxr etməyə haqqı olan ölkədir! Müstəqilliyin bərpa edilməsindən keçən 26 il ərzində ümummilli liderimiz Prezident Heydər Əliyevin başladığı düzgün siyasət, habelə, cənab Prezident, şəxsən Sizin yürütdüyünüz ardıcıl, ölçülüb-biçilmiş müasir quruculuq siyasəti sayəsində Azərbaycan investisiyalara ehtiyacı olan ölkədən mədəniyyət, sosial inkişaf, təhsil, səhiyyə, tikinti, yollar salınması, idman və digər sahələrə milyonlarla sərmayə qoyan ölkəyə çevrilib.

Hörmətli cənab Prezident, heç şübhəsiz bu müsbət nəticələr ötən illər ərzində şəxsən Sizin yürütdüyünüz siyasət sayəsində qazanılıb. Bakıda Sizinlə görüşümüz haqqında ən səmimi xatirələr hələ də qəlbimdədir. Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm. Xahiş edirəm, Sizə dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Vaqif Məmişov

“Sankt-Peterburq şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyəti”

Şəhər İctimai Təşkilatının sədri