Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

18 Oktyabr 2017
 

Çox hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan müstəqillik illərində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində sanballı uğurlara nail olub. İnkişaf və tərəqqi yolunda inamla irəliləyən Azərbaycan Respublikası beynəlxalq gündəlikdəki çoxsaylı aktual məsələlərin həllində fəal rol oynayır. Bu da ona haqlı olaraq dünya birliyində yüksək nüfuz və hörmət qazandırıb.

Əminəm ki, Sizin məqsədyönlü və çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycanın firavanlaşmasına və onun xalqının rifahının yüksəlməsinə xidmət edəcək.

Bu xoş fürsətdən istifadə edərək, Müstəqil Dövlətlər Birliyi çərçivəsində səmərəli əməkdaşlığımıza görə Sizə səmimi minnətdarlığımı bildirmək istərdim. Əminəm ki, bu əməkdaşlıq daha da möhkəmlənəcək və inkişaf edəcək.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzu edirəm.

Dərin hörmətlə,

 

Sergey LEBEDEV,

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib