Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyevdən

17 Oktyabr 2017

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Dövlət Müstəqilliyi Günü münasibətilə Sizi və dost Azərbaycanın bütün xalqını ürəkdən təbrik edim. Bu bayram azadlıqsevər Azərbaycan xalqının mərdliyinin təcəssümüdür. Həmçinin bu bayram təməli zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyev tərəfindən qoyulan və Sizin müdrik rəhbərliyinizlə davam etdirilən inkişaf yolunun düzgün olduğunu təsdiq edir.

Müstəqillik illərində Azərbaycan dünya arenasında sosial ədalət və insanlara qayğı prinsiplərinə əsaslanan yol ilə ardıcıl irəliləyən ölkə kimi sarsılmaz nüfuz qazanıb. Sizin şəksiz diplomatik istedadınız sayəsində Azərbaycan çoxşaxəli xarici siyasət strategiyasını parlaq şəkildə həyata keçirir. Qəti əminəm ki, ölkələrimizin qardaş xalqlarının mənafeləri naminə Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək. Sizə və bütün həmvətənlərinizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

 

Dmitri Savelyev

Rusiya Federasiyası Dövlət Dumasının deputatı,

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri