Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni proqram yoldan yayınan sürücülərə xəbərdarlıq edəcək

16 Oktyabr 2017
Kanadanın Vaterloo Universitetinin mühəndisləri tərəfindən hazırlanmış kompüter alqoritmləri sürücülərin sükan arxasında mesaj yazdığını və ya digər yayındırıcı hərəkətlərlə məşğul olduğunu dəqiq aşkarlamaq imkanına malikdir. Sistem normal göstəricilərdən yayınan əllərin hərəkətinin aşkarlanması üçün kameralardan və süni intellektdən istifadə edir. Ekspertlərin sözlərinə görə, bu tətbiq sürücülərə xəbərdarlıq etməklə yol hərəkətinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması üçün istifadə oluna bilər.

AZƏRTAC aiportal.ru saytına istinadən xəbər verir ki, yeni texnologiyaya əsaslanan alqoritmlər mətn mesajları, mobil telefonla danışıqlar və ya arxa oturacağa tərəf əyilərək oradan hər hansı bir əşyanın götürülməsi kimi hərəkətlərin tanınması üçün maşın təlimi metodlarından istifadə edir. Bu yenilik sürücünün sükan arxasında yatmağa başladığını göstərə bilən nişanların tanınması ilə bağlı daha əvvəlki tədqiqatlara əsaslanır.