Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Həmyerlimiz Türk Dünyası Kardioloqlar Birliyinin sədri seçilib

13 Oktyabr 2017
 

 

Mərkəzi Klinik Xəstəxananın invaziv kardioloqu, tibb elmləri doktoru Firdovsi İbrahimov Türk Dünyası Kardiologiya Birliyinin sədri seçilib.

AZƏRTAC xəbər verir ki, o, indiyə qədər həmin birliyin vitse-prezidenti idi.

Yeri gəlmişkən qeyd edək ki, F.İbrahimov Adana şəhərindəki Çukurova Universitetinin tibb fakültəsini bitirib. 1999-cu ildən 2004-cü ilədək 19 Mayıs Universiteti tibb fakültəsinin xəstəxanasında çalışıb. 2005-ci ilin fevralından Mərkəzi Klinik Xəstəxananın kardiologiya şöbəsinin müdiridir.