Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İtaliya parlamenti yeni seçki sisteminə səs verdi

13 Oktyabr 2017
İtaliyada ümummilli seçkilərə az qalmış parlamentin aşağı palatası yeni seçki sisteminə səs vermişdir. Parlamentarların 375-i yeni sistemi dəstəkləmiş, 215-i əleyhinə səs vermişdir.

Yeni seçki sistemi qarışıq olacaq. Qanun layihəsinə görə, 225 deputat majoritar dairələrdə seçiləcək, 386 parlamentar isə mandatlarını partiya siyahıları ilə alacaq. Layihəni İtaliya parlamentinin yuxarı palatası – Senat da dəstəkləməlidir.