Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Banqladeşə sığınmış Arakan qaçqınlarının sayı 536 min nəfərə çatıb

13 Oktyabr 2017
Bu il avqustun 25-dən bəri Myanmadan Banqladeşə qaçmış müsəlmanların sayı 536 min nəfərə çatmışdır. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının sədri Coel Millman məlumat vermişdir.

Millmanın dediyinə görə, oktyabrın 9-11-də Banqladeşə gələn qaçqınların sayı kəskin şəkildə artmışdır. O qeyd etmişdir ki, bütün qaçqınların təxirəsalınmaz humanitar yardıma ehtiyacı var. Düşərgələrdə təmiz su çatışmazlığı müşahidə olunur, tibbi yardıma ehtiyac duyulur.

Qeyd edək ki, Myanmanın Arakan əyalətində müsəlmanlara hücum avqustun 25-də güclənmişdir. Ölkənin hakimiyyət orqanları, xüsusilə ordu müsəlmanlara münasibətdə zorakılıq hərəkətlərini silahlı ekstremistlərlə mübarizə pərdəsi altında həyata keçirir. Regionda humanitar vəziyyət xeyli pisləşmişdir.