Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin komitə iclasında bir sıra məsələlər müzakirə edilib

13 Oktyabr 2017
Oktyabrın 13-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Eldar İbrahimov iclasın gündəliyi barədə məlumat verib. Qeyd edib ki, gündəlikdəki hər iki məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə parlamentə daxil olub.

İclasda qanun layihələrini Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim edib. Bildirilib ki, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda edilən dəyişikliklər yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin dəqiqləşdirilməsi, yaşıllıqların uçotu, kadastrı və monitorinqi sahəsində idarəetmənin təkmilləşdirilməsi, yaşıllıqların salınması və bərpası üçün əkin materialları və digər vasitələrlə təminat məsələlərinin həlli məqsədini daşıyır.

“Çayçılıq haqqında” Qanunun 10-cu maddəsində aparılan dəyişiklik isə qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır. Layihəyə əsasən, bu sənəd “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna və “Toxumçuluq haqqında” Qanunda dəyişiklik edilməsinə dair 2017-ci il 14 aprel tarixli qanuna uyğunlaşdırılacaq.

Fikir mübadiləsində qanun layihələrinə münasibət bildirən komitənin sədr müavini Eldar Quliyev, ekspert Zahid Abbasov, deputatlar Elçin Quliyev, Cavanşir Paşazadə, Novruz Aslan hər iki qanun layihəsini məqsədəuyğun sayıblar.

Komitədə müzakirə edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.