Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Göyçayda bölgə vətəndaşlarını qəbul edib

13 Oktyabr 2017
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AZƏRTAC xəbər verir ki, oktyabrın 13-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün Göyçay rayon Heydər Əliyev Mərkəzində bölgə sakinlərini qəbul edib.

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Göyçay, Kürdəmir, Ucar, Ağdaş və Mingəçevirdə yaşayan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və digər məsələləri əhatə edib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb. Hər bir vətəndaşın probleminə diqqətlə yanaşan nazir Ramin Quluzadə müraciətlərin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Regiona səfəri çərçivəsində nazir Ramin Quluzadə Göyçay, Kürdəmir, Ucar, Ağdaş və Mingəçevirin telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə hər bir vətəndaşın müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.