Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ölkə üzrə pambıq tədarükü 85 min tonu ötüb

13 Oktyabr 2017
Oktyabrın 13-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 85 min 818,79 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 12-də 3524,04 ton pambıq tədarük olunub.

Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 14726,60 ton məhsul təhvil veriblər. Biləsuvarda 10199,79 ton, Sabirabadda 8798,79 ton pambıq tədarük edilib.

AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 13-nə olan operativ məlumatı təqdim edir.