Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bolqarıstan Prezidenti Rumen Radev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

13 Oktyabr 2017
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, Bolqarıstan Prezidenti Rumen Radev ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra Prezident Rumen Radev və xanımı Desislava Radeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüblər.