Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türk əsgəri İdlibdə

13 Oktyabr 2017
Türkiyə qoşunları və ağır hərbi texnika Suriyanın İdlib vilayətinə daxil olmuşdur. Bu barədə “Röyter” agentliyi xəbər verir.

Qeyd olunur ki, hərbi qulluqçular və texnika toqquşmasızlıq zonasına nəzarət etmək üçün yerləşdirilir. NTV telekanalının xəbərinə görə, Suriya sərhədini Türkiyə ordusunun 8 tankı, 50 zirehli tarnsportyoru və təxminən 200 hərbçisi keçmişdir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 9-da İdlibdə əməliyyata başladığını elan etmişdir. Türkiyənin Baş naziri Binəli Yıldırım qeyd etmişdi ki, Ankara Astana sazişləri çərçivəsində hərəkət edir və İdlibdə əməliyyatı Moskva ilə əlaqələndirir.