Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda “İslam həmrəyliyi: Azərbaycan örnəyi” mövzusunda konfrans keçirilir

13 Oktyabr 2017
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə oktyabrın 13-də “İslam həmrəyliyi: Azərbaycan örnəyi” mövzusunda konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə DQİDK sədrinin müavini Gündüz İsmayılov ənənəvi dini və milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və təşviqi, ölkəmizin İslam həmrəyliyinin əldə edilməsində oynadığı mühüm rol və təsir, bu sahələrdə qazanılan nailiyyətlər və qarşıda duran vəzifələrdən söz açılıb.

Konfransda DQİDK-nın, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və məsul şəxsləri, dini icma və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, gənclər, ictimaiyyətin nümayəndələri iştirak edirlər.