Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Pulu daha çox nəyə xərcləyirik

13 Oktyabr 2017
 

Cari ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1 faiz üstələyərək 24,8 milyard manata bərabər olmuşdur.

Ticarət dövriyyəsinin 12,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,2 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,4 faiz və 2,9 faiz üstələmişdir.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda daha sonra bildirilir ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyimlər və avadanlıqların, 6,3 faizi elektrik malları və mebellərin, 5,2 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

9 sayda istehlak məhsullarının 12 faizi ticarət müəssisələri, 53,2 faizi fərdi sahibkarlar tərəfindən, 34,8 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9, fərdi sahibkarlar üzrə 1,4, bazar və yarmarkalar üzrə 1,2 faiz artmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 283,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 40 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 143,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,9 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

 

“Azərbaycan”