Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Pentaqon nümayəndəsi: ABŞ terrorizmlə mübarizədə Azərbaycanı vacib tərəfdaş hesab edir

12 Oktyabr 2017
Amerika Birləşmiş Ştatları-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün Azərbaycanda səfərdəyəm. ABŞ terrorizmlə mübarizədə Azərbaycanı vacib tərəfdaş hesab edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuper jurnalistlərə müsahibəsində deyib.

“Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndiririk. Azərbaycan əsgərləri Əfqanıstanda sabitliyin və təhlükəsizliyin təminatına töhfə verir”, - deyə xanım Kuper əlavə edib.

Səfər çərçivəsində bir sıra görüşlər keçirdiyini deyən qonaq bu görüşlərdə ABŞ-ın Əfqanıstanda və Cənubi Asiyada sülhməramlıların yerləşdirilməsinə dair tətbiq etdiyi yeni yanaşma ilə bağlı məsələlərin müzakirə olunduğunu bildirib.