Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin nümayəndə heyəti Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evində olub

12 Oktyabr 2017
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Ticarət Evinin rəhbəri Vasif İsmayılov bildirib ki, fəaliyyətə başladığı qısa müddətdə Azərbaycan Ticarət Evi vasitəsilə ölkəmizdən Belarusa 100 tona yaxın meyvə-tərəvəz məhsulları, 8 min şüşə zeytun yağı, 3 min şüşə nar şirəsi, 1200 qutudan artıq çay və digər məhsullar ixrac olunub. Artıq Azərbaycan məhsulları Belarusun ən böyük market şəbəkələrində satışa çıxarılıb. Yüksək keyfiyyətinə görə yerli alıcıların diqqətini cəlb edən Azərbaycan məhsullarına tələbat gündən-günə artır. Azərbaycan şərablarının və digər məhsullarının ixrac imkanlarının artırılması üçün kvota və lisenziyanın alınması istiqamətində razılaşma əldə olunub.

Nümayəndə heyətinə Azərbaycan məhsulları ilə bağlı ətraflı məlumat verilib.