Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa İttifaqı Şurası ümumavropa prokurorluğunun yaradılmasını təsdiqləyib

12 Oktyabr 2017
 

Avropa İttifaqı Şurası ümumavropa prokurorluğunun yaradılması haqqında qərarı təsdiqləyib. Bu barədə Aİ Şurasının cümə axşamı günü Brüsseldə yayılan bəyanatında məlumat verilir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, prokurorluq maliyyə cinayətlərinin təhqiqi ilə məşğul olacaq.

Məlumatda bildirilir ki, hazırda 20 üzv dövlət prokurorluğun yaradılmasında iştirak etməyə razılıq verib. Avropa İttifaqının digər dövlətləri layihəyə istədikləri vaxt qoşula bilərlər. Prokurorluğun mənzil-qərargahı Lüksemburqda yerləşəcək.

Bəyanatda, həmçinin qeyd olunur ki, qurum üç ildən tez olmayaraq, yəni 2020-ci ildə işə başlayacaq.