Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rövnəq Abdullayev: Hazırda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 550 milyon tondan çox neft ehtiyatı var

12 Oktyabr 2017
 

 

Hazırda Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarında və “Günəşli” yatağının dərinsulu hissəsində 550 milyon tondan çox neft ehtiyatı var. Bu ehtiyatların artması ehtimalı var.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 12-də Bakı öz işinə başlayan Beynəlxalq Neft Sammitində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, "Şahdəniz-1" yatağından illik 9 milyard kubmetr təbii qaz hasil edilir. "Şahdəniz-2" yatağı istifadəyə verildikdən sonra əlavə 16 milyard kubmetr qaz çıxarılacaq. Bu həcmin 6 milyard kubmetri Türkiyə bazarına, 10 milyard kubmetri isə Avropa bazarına çatdırılacaq.