Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

SOCAR sentyabrda 615 min ton neft hasil edib

11 Oktyabr 2017
 

 

Cari ilin sentyabr ayında SOCAR üzrə xam neft hasilatı 615,8 min ton olub. Sentyabrda Azərbaycanda isə ümumilikdə 3 milyon 219,6 min ton neft hasil edilib.

Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib. Cari ilin yanvar-sentyabr aylarında SOCAR üzrə xam neft hasilatı təxminən 5 milyon 579,4 min ton, Azərbaycanda isə ümumilikdə 28 milyon 820,8 min ton təşkil edib.